DÜNYA


Türkiyə sərhəd qapılarında insanı üzdən tanıya bilən sistemlər quraşdırır

Bakı, 12 yanvar, AZƏRTAC

Türkiyə hökuməti ölkə sərhədlərində yerləşən nəzarət-buraxılış məntəqələrində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün insanları üzdən tanıya bilən sistemlər quraşdırmağa başlayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi bildirib.

“Yenilik beynəlxalq terrorizm və cinayətkarlığa qarşı mübarizəyə böyük töhfə verir. Əgər axtarışda olan insan nəqliyyat vasitələrinin sərnişinləri və ya sürücüləri ilə sərhədi keçməyə cəhd edərsə, yeni tanıma sistemi onun şəxsiyyətini müəyyən edəcək. Eyni zamanda, sərhədi keçən insanların fotoşəkilləri Baş Polis İdarəsi ilə müştərək məlumatlar bazasına daxil olunacaq. Bu isə gələcəkdə cinayətkarların məsuliyyətə cəlb olunması üçün əsas yaradacaq və qanunsuz miqrasiya, qaçaqmalçılıqla effektiv mübarizə aparmağa imkan verəcək”, - deyə nazir qeyd edib.

İnsanları üzdən tanıya bilən yeni sistem artıq ölkənin İran, İraq və Suriya ilə sərhədlərində yerləşən 11 nəzarət buraxılış məntəqəsində quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.