DÜNYA


Türkiyə şirkəti 11,8 milyon dollara neft tankeri alıb

A+ A

Bakı, 8 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Dünyanın ən böyük enerji gəmilərinə sahib olan Türkiyənin “Karadeniz Holding”i Yunanıstanın “LL Energy” şirkətinin mülkiyyətindəki “M/T Nassau Energy” adlı xam neft daşıyan tankeri 11 milyon 800 min dollara alıb.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “M/T Nassau Energy” 1998-ci ildə Yaponiyanın “Koyo Dockyard” tərsanəsində inşa edilib. Tankerin 247 metr uzunluğu, 42 metr eni var və 107 min 181 DWT xam neft daşıya bilir. Tanker gələn ay “Karadeniz Holding”ə təhvil veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.