CƏMİYYƏT
Türkiyə travmatoloqları Tədris Cərrahiyyə Klinikasında xəstələr üçün yaradılan şəraitdən razı qalıblar
Bakı, 14 oktyabr, AZƏRTAC
Türkiyənin ortopediya və travmatologiya üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı G.Gəraybəyli rəhbərlik etdiyi universitetin klinikalarında yaradılan şəraitdən söz açıb.
Türkiyəli qonaqlar təmsil etdikləri məşhur Medicabil Klinikası haqqında ətraflı məlumat verərək ATU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub, kadr mübadiləsi, tələbələrin həmin klinikada staj keçməsi, türkiyəli həkimlərin iştirakı ilə birgə tədbirlərin təşkili ilə bağlı təkliflər səsləndirilib.
Türkiyəli mütəxəssislər ATU-nun Tədris Cərrahiyyə Klinikasının ortopediya və travmatologiya şöbələrində xəstələr üçün yaradılan şəraitlə tanış olublar. Onlar klinikadakı müasir avadanlıq və yüksək ixtisaslı kadrların əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün imkan yaratdığını bildiriblər.