DÜNYA
Türkiyə üç gün ərzində rusiyalı turistlərin ən populyar istiqamətinə çevrilib
Bakı, 4 iyul, AZƏRTAC
Səyahət turlarının satışına qoyulan qadağalar aradan qaldırıldıqdan sonra ilk üç gün ərzində Türkiyə rusiyalıların ən populyar turizm istiqamətinə çevrilib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, həmin günlərdə satılan putyovkaların sayına görə Türkiyə liderlik mövqeyini geri qaytara bilib. Belə ki, iyulun 1-də bu ölkəyə turlar satışların ümumi həcminin 6,7 faizinə, iyulun 2-də 38,8, iyulun 3-də isə 35,6 faizinə çatıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da Türkiyəyə münasibətdə xüsusi tədbirləri korrektə edən fərman imzalayıb. Prezidentin göstərişinə əsasən, səyahət turlarının satışına və çarter hava daşımalarına qoyulan qadağalar ləğv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]