DÜNYA


Türkiyə və ABŞ prezidentləri Çində görüşəcəklər

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 4-də Çinin paytaxtı Pekində keçiriləcək "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində görüşəcəklər.

AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods məlumat verib.

Tərəflər hərbi çevrilişə cəhddən sonra Türkiyədəki vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranını və digər məsələləri müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.