DÜNYA


Türkiyə və ABŞ prezidentləri NATO-nun sammitinədək görüşəcəklər

Bakı, 19 aprel, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin lideri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın may ayında NATO-nun sammitinə qədər ikitərəfli görüş keçirəcəyi barədə planları açıqlayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu aprelin 18-də ABŞ-ın dövlət katibi Reks Tillerson ilə telefon danışığı aparıb. Danışığın gedişində Ərdoğanın müqəddəs Ramazan ayından əvvəl Vaşinqtona planlaşdırılan səfəri müzakirə olunub.

Bundan əvvəl rəsmi Ankara mayın 25-də NATO-nun Brüsseldə keçiriləcək sammitindən öncə Türkiyə və ABŞ prezidentlərinin mümkün görüşünü müzakirə etsə də, dəqiq plan və tarix göstərilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.