DÜNYA


Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Bakı, 1 iyul, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, söhbət zamanı əsasən, Qətər problemi müzakirə olunub. Məsələnin danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb. Qarşılıqlı anlaşmanın regionun təhlükəsizliyi baxımından səmərəli olduğu bildirilib. Türkiyə Prezidenti, eyni zamanda, PKK, FETÖ və İŞİD kimi təhlükəli təşkilatlara qarşı mübarizənin vacibliyi barədə danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.