DÜNYA


Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

A+ A

İstanbul, 19 iyul, AZƏRTAC 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət başçısı Barak Obama arasında telefon danışığı olub.

Prezidentlər iyulun 15-də Türkiyədə bir qrup hərbçinin dövlət çevrilişinə cəhd etməsi səbəbindən bu ölkədə yaranmış vəziyyəti müzakirə ediblər.

Rəsmi məlumata görə, ABŞ Prezidenti hərbi çevrilişə cəhdi pislədiyini, demokratiyanı dəstəklədiyini, hadisənin araşdırmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.