DÜNYA
Türkiyə və Almaniya hökumətləri 10 məsələ üzrə birgə işləyəcəklər
İstanbul, 8 fevral, AZƏRTAC
Almaniya Kansleri Angela Merkelin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir. Nümayəndə heyəti dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Baş nazir Əhməd Davudoğlu ilə keçirilən görüşdən sonra hökumət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bildirilib ki, tərəflər Avropa İttifaqı-Türkiyə münasibətləri, həmçinin iki ölkə arasındakı əlaqələr, eyni zamanda, qaçqınlar məsələsi və regional prosesləri müzakirə ediblər. Əldə olunan razılıqlar əsasında tərəflər 10 məsələ üzrə birlikdə işləyəcəklər.
Qeyd edilib ki, hər bir ölkənin terrorla mübarizə aparmağa haqqı var. Suriyalı qaçqınların yaşadıqları acınacaqlı vəziyyətin həlli ilə bağlı Almaniya və Türkiyə birgə təkliflərlə çıxış edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul