Türkiyə və Fransa ABŞ-ı öz qərarını dəyişməyə inandırmaq üçün birgə səylər göstərəcək
Bakı, 9 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-da Fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları aparıb. Tərəflər Vaşinqtonun ABŞ səfirliyini Qüdsə köçürmək və beləliklə də, şəhəri İsrailin paytaxtı kimi tanımaq qərarını müzakirə ediblər.
AZƏRTC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Ərdoğan Makronla danışıq zamanı Qüdsün tarixi statusunun qorunmasının bəşəriyyətin öhdəliyi olduğunu vurğulayıb. Tərəflər, həmçinin ABŞ-ı öz qərarını dəyişdirməyə inandırmaq üçün birgə səylər göstərmək barədə razılığa gəliblər.
Bir qədər əvvəl Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Livan lideri Mişel Aunla da bu məsələ ətrafında müzakirələr aparıb.
Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin dekabrın 11-də Türkiyəyə səfəri zamanı Qüds probleminə dair danışıqlara xüsusi yer ayıracağını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]