DÜNYA


Türkiyə və Rusiyanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər

A+ A

Antalya, 1 dekabr, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə birgə Antalyada mətbuat konfransı keçiriblər.

Regional proseslər, o cümlədən İŞID terror təşkilatı ilə mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığı, gündəlikdə duran digər məsələlər barədə fikir və mülahizələrini bölüşən nazirlər, həmçinin jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, dekabrın 1-də Antalyada Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının tərkibində fəaliyyət göstərən Ortaq Planlaşdırma Qrupunun V toplantısı işə başlayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.