İDMAN


Türkiyə voleybolçusu: Azərbaycanda özümüzü evimizdə olduğu kimi hiss etdik

Bakı, 20 may, Pərvanə Rəhimova, AZƏRTAC

Bu yaxşı oyun idi, biz həlledici beşinci setdə cüzi fərqlə (20:18 İran yığmasının xeyrinə) uduzduq. Düşünürəm ki, bəxtimiz bir qədər gətirmədi. Həmçinin topu oyuna daxil etməkdə də səhvimiz oldu, ona görə də İran yığması ilə görüşümüz bizim xeyrimizə qurtarmadı.

Bu fikirləri Türkiyə voleybol yığmasının oyunçusu Adis Laqumcia AZƏRTAC-a müsahibəsində söyləyib.

“İran yığması güclü komandadır və bu gün yaxşı oynadı. Bizim səhvlərimiz oldu və onlar bundan istifadə etdilər. Lakin biz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına gəlməyimizə şadıq və bu cür komandalarla qüvvəmizi sınadıq”, - deyə Adis Laqumcia bildirib.

Azarkeşlərin böyük dəstəyini qeyd edən voleybolçu vurğulayıb ki, bu, onlarda özlərinə inam yaratdı. “Biz azarkeşlərin zalda “Türkiyə, Türkiyə” söylədiklərini eşidirdik və bu dəstəkdən çox şad olduq. Bu gün bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. Onların sayəsində biz özümüzü evimizdə olduğu kimi hiss etdik. Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”, - deyə türkiyəli voleybolçu əlavə edib.

Artıq dörd ildir Türkiyə yığmasında oynayan Adis Laqumcia deyib ki, komanda İslamiadadan sonra Dünya Çempionatına və digər beynəlxalq turnirlərə hazırlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.