DÜNYA


Türkiyədə 1684 nəfər Silahlı Qüvvələrin sıralarından xaric edilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi haqqında qərara əsasən, milli təhlükəsizliyə təhdid yaradan Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqələrinə görə 1684 nəfər Silahlı Qüvvələrin sıralarından xaric edilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qərara uyğun olaraq, həmçinin Jandarm Qüvvələri Baş Komandanlığı və Sahil Mühafizəsi Daxili İşlər Nazirliyinin tərkibinə verilib.

Ordu sıralarından çıxarılan hərbi qulluqçulardan 87 general, 726 zabit və 256 gizir Quru Qoşunlarında xidmət edir. Hərbi Dəniz Qüvvələrində 32 admiral, 59 zabit və 63 gizir, Hərbi Hava Qüvvələrində isə 30 general, 314 zabit və 117 gizir ordudan uzaqlaşdırılıb.

Bundan başqa, qərara əsasən, 3 xəbər agentliyi, 16 televiziya, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat və yayım evi bağlanıb.

Bu məsələlərlə bağlı qərarların icrası mexanizmi Türkiyə Ali Hərbi Şurasının iyulun 28-də keçiriləcək iclasında müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.