DÜNYA


Türkiyədə 2530 metr uzunluğunda yeni tunel istifadəyə veriləcək

İstanbul, 6 avqust, АZƏRTAC

Türkiyənin İzmir və Manisa bölgələri arasındakı avtomobil yolu üçün nəzərdə tutulan Sabuncubeli tunelinin tikintisinin 97 faizi başa çatıb.

Rəsmi məlumata görə, ikitərəfli hərəkət üçün tikilən 2530 metrlik tunelin qalan 264 metrinin başa çatması üçün işlər sürətləndirilib. Bu tunel istifadəyə veriləndən sonra İzmir ilə Manisa arasındakı məsafə avtomobillə 15 dəqiqəyə qət olunacaq. Yeni tunelin cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.