DÜNYA


Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Türkiyədə 3 ay fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə iyulun 20-də Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, fövqəladə vəziyyət hüquq və azadlıqları məhdudlaşdırmaq üçün deyil, onları qorumaq üçün elan edilib.

Fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətlərinin artacağını, təhlükəsizlik qüvvələrinin onların təlimatı ilə hərəkət edəcəyini vurğulayan Türkiyə dövlətinin başçısı deyib: “Türkiyə Silahlı Qüvvələri hökumətin əmrindədir və Baş Komandan olaraq əsgərlərimizlə birlikdə Silahlı Qüvvələrimizin içərisindəki bütün virusları təmizləyəcəyik”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində keçiriləcək səsvermədən sonra ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilməsi barədə qərar qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.