DÜNYA
Türkiyədə 3 min tarixi yaşı olan abidə qorunacaq
Bakı, 31 iyul, AZƏRTAC
Türkiyənin Karabukun Safaranbolu şəhərində yerləşən tarixi məzarlıq dünya turizm abidəsi kimi qorunacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, UNESCO-nun maddi mədəniyyət nümunəsi sırasına daxil edilən bu abidənin 3 min il tarixi yaşı var. Ümumiyyətlə, Osmanlı dövrünə aid olan çoxlu maddi mədəniyyət nümunələrinin yerləşdiyi Safaranbolda saysız tarixi məzarlıqlar mövcuddur. Qaraqoyunlu, Gündoğan və Üçbölük kəndləri ilə Soğanlı çay vadisi arasında yerləşən bu abidə turizm potensiallı məkan kimi qiymətləndirilir. Safranbolu İcra nümayəndəsi Murat Bulacaq bildirib ki, qaya məzarlığındakı qəbirlərdə qiymətli əşyaları aşkar edilib.
Qeyd edək ki, sözü gedən məkan UNESCO-nun maddi mədəniyyət nümunələri sırasında yer alıb.