DÜNYA
Türkiyədə 5 min illik tarixi olan mədəniyyət ocağı aşkar olunub
Bakı, 29 avqust, Ceyhun Alışov, AZƏRTAC
Türkiyənin Corum vilayətinin Bayat qəsəbəsində yerləşən Derektuğun kəndində 5 min il tarixi olan mis mədən qaynağı tapılıb.
AZƏRTAC "CNN türk" telekanalının saytına istinadla xəbər verir ki, Almaniyanın Boçum Universitetinin professor arxeoloqu Ünsal Yalçının rəhbərliyi ilə aparılan 4 illik arxeoloji qazıntılar zamanı sözügedən tarixi mədəniyyət nümunəsi aşkar olunub. Bu tapıntı 5 min əvvəl insanların iqtisadi və ticari əlaqələri ilə yanaşı, mədəni əlaqələrinin də sıx olduğunu ortaya çıxarır. Arxeoloq qeyd edib ki, tarixi mədəniyyət abidəsindən hazırda 20-dək müxtəlif mövzulu rəsm nümunələri də aşkar edilərək götürülüb. "Bütün bunlar o dövrdə insanların hətta yeraltı müxtəlif sərgilər açdığını göstərir, biz hazırda çox önəmli yerdəyik və bu istiqamətdə tarixə işıq tutacaq tədqiqatlarımızı davam etdiririk",- deyə arxeoloq bildirib.
Qeyd edək ki, Türkiyə və Almaniyadan olan arxeoloq tələbələrin də qatıldığı tədqiqat qazıntısı hələ üç il davam edəcək.