İQTİSADİYYAT


Türkiyədə 85-ci Beynəlxalq İzmir sərgisi açılacaq

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 26-dan sentyabrın 10-dǝk Türkiyənin İzmir şəhərində 85-ci Beynəlxalq İzmir sərgisi açılacaq.

AZƏRTAC "TRT-Azərbaycan"a istinadən xəbər verir ki, sərgiyə 30-dan artıq ölkənin qatılacağı gözlənilir. Sərginin bu ilki mövzusu olaraq müəyyən edilən innovasiya "Gələcək İzmirdə" şüarı ilə tanıdılacaq. Partnyor ölkə Malayziya və şərəf qonağı şəhər isə Manisa tarixi və təbiət gözəllikləri ilə ziyarətçilərə təqdim ediləcək.

On gün müddətində davam edəcək sərgidə müxtəlif mədəniyyət-sənət tədbirlərini ziyarətçilər ödənişsiz izləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.