QAN YADDAŞI
Türkiyədə “Azərbaycan – Quba soyqırımı” kitab-albomu təkrar nəşr olunub
Türkiyənin Yalova vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin hazırladığı “Azərbaycan – Quba soyqırımı” kitab-albomu 2000 nüsxə ilə təkrar çap olunub.
Kitab - albomda erməni daşnakların XX əsrin əvvəllərində respublikamızın ayrı - ayrı bölgələrində törətdikləri soyqırımıların nişanələrindən olan Qubadakı kütləvi soyqırımı məzarlığından çəkilmiş fotolarla Azərbaycan xalqının başına gətirilən müsibətlərin tarixi barədə dünya ictimaiyyətinə məlumat verilir.
Dərnəyin nəşr etdiyi “Nədir bu erməni məsələsi” adlı xüsusi buraxılışda isə “erməni məsələsi” və “erməni soyqırımı” anlayışlarının siyasi mahiyyəti, məqsəd və bəd niyyətlərindən bəhs edən məqalələr, rəsmi sənədlər, arxiv materialları və tarixi fotolar yerləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul