MƏDƏNİYYƏT


Türkiyədə Bakı Uşaq Teatrına xüsusi maraq göstərilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrının kollektivi Türkiyədə XI Beynəlxalq Bilecik Teatr festivalında iştirak edir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində Bilecik Şeyx Edebalı Universitetində Bakı Uşaq Teatrının kollektivi ilə görüş keçirilib.

Görüşdə tələbələrə Azərbaycan teatrı ilə bağlı məlumat verilib.

Tələbələr Bakı Uşaq Teatrının festivalda nümayiş olunacaq “Vətən” və “Sıravi Dursun” tamaşalarına dəvət olunublar.

Daha sonra teatrın kollektivi Bilecik Bələdiyyəsinin təşkilatçılığı ilə Şeyx Edebalı türbəsini, Bilecik Osmanlı Padşahları Tarix Muzeyini və bir çox görməli yerləri ziyarət ediblər.

Festival çərçivəsində tədbirlər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.