DÜNYA


Türkiyədə Çanaqqala zəfərinin 102-ci ildönümü qeyd olunub

Çanaqqala, 19 mart, AZƏRTAC

Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərinin anma və Çanaqqala dəniz döyüşlərində qələbənin 102-ci ildönümü münasibətilə rəsmi mərasim keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və digər rəsmi şəxslərin də qatıldığı bayram mərasimi müxtəlif tədbirlərlə davam edib.

Mərasimdə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, Şəhidlər Xiyabanına tər çiçəklər düzülüb və qəhrəman türk övladlarının əziz xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulub.

Türkiyə Ordusunun “Şahin”ləri Çanaqqala səmasında möhtəşəm aviaşou nümayiş etdiriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Çanaqqala

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.