DÜNYA


Türkiyədə Fındıq birjası açılır

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Türkiyənin Giresun regionunda Fındıq birjası açılır.

AZƏRTAC “turkiyegazetesi.com"a istinadla xəbər verir ki, Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən həyata keçirilən rəqabətədavamlı sektorlar proqramı çərçivəsində noyabrın 1-də açılacaq birja Türkiyənin ilk lisenziyalı Fındıq Anbarı və Birjası olacaq. Birjanın açılmasına 10 milyon avro investisiya yatırılıb. Birjanın fəaliyyətə başlaması fındığın beynəlxalq rəqabət gücünü və istehsal keyfiyyətini artırmağı hədəfləyən layihə ilə dünya fındıq qiymətlərinin Avropa İttifaqındakı birjalar əvəzinə Giresundakı birja tərəfindən müəyyənləşdirilməsi istiqamətində böyük addımlar atılır. Birjanın açılması sahibkarlara və istehsalçılara da bir çox üstünlüklər verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.