DÜNYA


Türkiyədə İŞİD-in 14 üzvü tutulub

İstanbul, 13 avqust, АZƏRTAC

Türkiyənin Bingöl bölgəsində İŞİD terrorçu qruplaşmasına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

AZƏRTAC ölkənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, terrorçu fəaliyyətdə şübhəli bilinən 10 nəfər saxlanılıb. Onlara məxsus avtomobildə çoxlu sayda silah və sursat, o cümlədən iki əl qumbarası götürülüb.

Qeyd edək ki, Türkiyənin təhlükəsizlik qüvvələri bu əməliyyatdan bir gün əvvəl də Bingöldə 4 İŞİD mənsubunu həbs edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.