DÜNYA


Türkiyədə Kazım Qarabəkir Paşanın xatirəsi yad olunub

İstanbul, 26 yanvar, АZƏRTAC

Türkiyənin görkəmli siyasi və dövlət xadimi, cəsur ordu komandanı Kazım Qarabəkir Paşanın vəfatından 69 il keçir. Bununla əlaqədar Türkiyənin Karaman vilayətindəki Kazım Qarabəkir rayonunda anım mərasimi təşkil edilib, mərhum siyasi və dövlət xadiminin xatirəsi yad olunub. Kazım Qarabəkir Paşanın rayon mərkəzindəki heykəli önünə gül çələngləri düzülüb, onun istər ordu komandanı, istərsə də Türkiyə Böyük Millət Məclisinin sədri kimi öz xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs olunub.

Qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycan Respublikasının Naxçıvan bölgəsinin qurtuluşunda, həmçinin muxtar status almasında misilsiz fədakarlıq, qətiyyətli mövqe nümayiş etdirən Kazım Qarabəkir Paşa Türkiyədə sevildiyi kimi, Azərbaycanda da böyük məhəbbətlə xatırlanır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.