MƏDƏNİYYƏT


Türkiyədə “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın ikicildliyi nəşr olunub

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Ankarada Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Bengü” nəşriyyatı tərəfindən çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə yazıb-yaratmış yazıçı və şairlərinin əsərləri yer alıb.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı bu formatda türk oxucusuna ilk dəfə təqdim olunur.

Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova tərcümə edib.

Antologiyanın təqdimat mərasimi iyulun 14-də Ankarada, TÜRKSOY-un binasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.