DÜNYA
Türkiyədə PKK terroru: 3 nəfər həlak olub, 36 nəfər yaralanıb [YENİLƏNİB] VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Türkiyənin Mardin vilayətində baş verən terror aktında ölənlərin sayı 3-ə çatıb. Onlardan ikisi əsgər, bir nəfəri isə mülki şəxsdir. Partlayış zamanı 36 nəfər yaralanıb. Anadolu Agentliyi onlardan 3-nün vəziyyətinin ağır olduğunu yazır. Hadisədən sonra Türkiyə Ordusu ərazidə antiterror əməliyyatına başlayıb.
X X X
Türkiyənin cənub-şərqində PKK silahlılarının hərbi hissəyə hücumu nəticəsində ən azı 2 nəfər həlak olub, 10 nəfər yaralanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə iyulun 9-da günorta saatlarında Suriya ilə sərhəd yaxınlığında yerləşən Mardin əyalətində baş verib. PKK terrorçuları hərbi obyektin mühafizə postu yaxınlığında bomba ilə yüklənmiş avtomobili partladıb və ardından əsgərləri atəşə tutub.
Hadisə nəticəsində 1 əsgər və 1 mülki şəxs həlak olub, aralarında dinc sakinlər də olmaqla 10 nəfər yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]