DÜNYA


Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı beş nəfər həbs edilib

Bakı, 7 yanvar, AZƏRTAC

Türkiyə polisi Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi ilə bağlı təhqiqat çərçivəsində beş nəfəri həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu agentliyi İzmir şəhər prokurorluğuna istinadla məlumat yayıb. Bildirilir ki, həbs edilənlərin dördü səfiri qətlə yetirən Mövlut Altıntaşla birgə daxili işlər orqanlarında çalışmış şəxslərdir. Beşinci şəxs isə FETÖ təşkilatının fəalıdır. O, Altıntaşın təhsil aldığı İzmirdəki polis məktəbində bu təşkilatın tərəfdarı olan kursantlarla iş aparırdı.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən güllə ilə vurulmuşdu. Səfirə atəş açan polis işçisi Mövlut Altıntaş isə yerli təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerində öldürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.