DÜNYA


Türkiyədə Sarıkamış şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

A+ A

İstanbul, 8 yanvar, АZƏRTAC

Birinci Dünya müharibəsi zamanı Türkiyədə başlanan “Sarıkamış hərəkatı”nın ildönümü ilə əlaqədar Qars vilayətində yerləşən Sarıkamış bölgəsində anma mərasimi təşkil olunub.

Sarıkamış şəhidlərinin əziz xatirəsini anmaq naminə təşkil olunan yürüş-mitinqə dövlət və hökumət nümayəndələrinin təmsilçiliyi ilə Türkiyənin ayrı-ayrı bölgələrindən gələn 25 mindən çox vətəndaş qatılıb. Rəsmi məlumata görə, 7 yaşdan 70 yaşadək vətəndaşların qatıldığı yürüş-mitinq “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı altında keçirilib.

Qeyd edək ki, 1914-cü ildə Osmanlı dövlətinin hərbi birləşmələrində xidmət edən 60 mindən çox hərbiçi Sarıkamış bölgəsində amansız şaxtalı havada donaraq şəhid olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.