DÜNYA
Türkiyədə Sultan II Əbdülhəmid xana həsr edilmiş simpozium keçiriləcək
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Türkiyədə Sultan II Əbdülhəmid xanın anadan olmasının 174-cü ildönümü münasibətilə beynəlxalq simpozium keçiriləcək.
Anadolu agentliyinin məlumatına görə, Türkiyə Böyük Millət Məclisi tərəfindən Dolmabaxça sarayında təşkil olunacaq tədbirdə “Xilafət, İslam Birliyi və Fələstin”, “Yaxın Şərq və Sultan II Əbdülhəmid”, “II Əbdülhəmid və müxalifət”, “Təhsil, mətbuat, incəsənət və Sultan II Əbdülhəmid”, “Ərəblərin gözündə Sultan Əbdülhəmid dövrü” və başqa mövzularda məruzələr dinləniləcək.
Simpozium çərçivəsində Sultan II Əbdülhəmid xanın dövrünü əks etdirən sərgi açılacaq və sənədli film göstəriləcək.
Sentyabrın 25-dək davam edəcək tədbirdə müzakirələrlə yanaşı ədəbi-bədii proqramlar da təqdim olunacaq.