DÜNYA


Türkiyədə Zəfər bayramı qeyd olunur VİDEO

A+ A

İstanbul, 30 avqust, AZƏRTAC

Türkiyədə Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd edir.

Böyük zəfərin 94-cü ildönümü münasibətilə avqustun 30-da Ankarada rəsmi mərasim keçirilib. Anıtqəbirdə Fəxri qarovul düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri, siyasi partiya liderləri, ictimaiyyətin tanınmış simaları Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarinı ziyarət ediblər. Atatürkün məzarı önünə əklil qoyulub, ruhuna dualar oxunub.

Anıtqəbirin ziyarətinə insan axını davam edir.

Bayram mərasimləri gün ərzində bütün ölkədə davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.