DÜNYA


Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

İstanbul, 12 iyun, АZƏRTAC

Türkiyənin Mardin vilayətinin Artuklu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rəsmi məlumata görə, betondaşıyan yük maşınının sürücüsünün idarəetməni itirərək qarşı yola çıxması və mikroavtobus ilə minik maşınını vurması nəticəsində 2 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Mardin xəstəxanasına çatdırılan yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.