DÜNYA


Türkiyədə avtobus aşıb, 50-yə yaxın sərnişin xəsarət alıb

İstanbul, 19 iyun, АZƏRTAC

Türkiyədə Giresun-Ankara marşrutu ilə hərəkət edən sərnişin avtobusu Çorum-Sungurlu yolunun 40-cı kilometrliyində körpüdən aşıb.

Rəsmi məlumata görə, qəza nəticəsində 47 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı tədqiqat aparılır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.