CƏMİYYƏT


Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi ilə bağlı xatirə-yaddaş hazırlanıb

Bakı, 10 yanvar, AZƏRTAC

Ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qardaş ölkə xalqının demokratiyaya sadiqliyi ilə bağlı Türkiyə Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi tərəfindən xatirə-yaddaş hazırlanıb.

AZƏRTAC xəbər verir ki, yaddaş dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəhid olanların xatirəsinə həsr edilib. Xatirə-yaddaşın üzərində iyulun 15-də qiyamçılar tərəfindən bombalanan Türkiyə Böyük Millət Məclisinin binasından qopan mərmər daşın bir parçası qoyulub.

Xatirə-yaddaşda çevriliş cəhdi zamanı dövlət qurumları və rəsmiləri ilə yanaşı, mülki əhalinin də hədəfə alındığı, dövlət qurumlarının binalarının atəşə tutulması, bu cəhdin qarşısının alınmasında yüksək əzmkarlıq göstərən türk xalqının demokratiyaya sadiqliyi əks olunub. “Terrorizm bəşəriyyət əleyhinə cinayətdir” adlanan xatirə-yaddaşın üzərində, həmçinin “Fəthullah Gülən terror təşkilatı (FETÖ) tərəfindən bombalanan Türkiyə Böyük Millət Məclisinin binasından qopan bu mərmər parçası Türkiyənin demokratiyaya sadiqliyinin rəmzi kimi təqdim olunur” sözləri həkk edilib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı 240 nəfər şəhid olmuş, 2200-dən çox insan yaralanmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətindən sonra əhali küçə və meydanlara axışaraq, çevriliş cəhdinin qarşısının alınmasına nail oldu. Türkiyə xalqı bununla, eyni zamanda, demokratiyaya sadiqliyini də bütün dünyaya nümayiş etdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.