DÜNYA


Türkiyədə baş vermiş yol qəzasında 7 nəfər ölüb

A+ A

Bakı, 28 avqust, AZƏRTAC

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda sərnişin avtobusu ilə digər avtomobilin toqquşması nəticəsində ikisi uşaq olmaqla, 7 nəfər ölüb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qəza zamanı yaralanan 10 nəfər xəstəxanalara yerləşdirilib.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.