DÜNYA


Türkiyədə bir neçə media qurumunun lisenziyası ləğv edilib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Türkiyənin Radio və Televiziya Baş İdarəsi (RTÜK) dövlət çevrilişinə cəhd göstərən FETÖ terror təşkilatı ilə əlaqəsi olan media qurumlarının lisenziyalarını ləğv edib.

AZƏRTAC Anadolu Agentliynə istinadla xəbər verir ki, RTÜK-ün növbədənkənar iclasında media qurumlarının (radio və televiziya şirkətləri) lisenziyalarının ləğv edilməsi barədə qərar səs çoxluğu ilə qəbul olunub.

Lisenziyası ləğv edilən televiziya və radiolar STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcaq TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radyo Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shopping TV, Samanyolu Xəbər Radio Anadoludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.