DÜNYA
Türkiyədə daha bir qədim mozaika döşəmə tapılıb
İstanbul, 24 iyun, АZƏRTAC
Türkiyənin Adıyaman bölgəsində yerləşən Besni rayonunda mozaika döşəmə tapılıb.
Anadolu agentliyinin məlumatına görə, Sugözü məhəlləsinin sakini Mehmet Dağ tarixi mozaikanı öz həyətyanı sahəsində aşkar edib. Dörd metr uzunluğu olan tapıntının üzərində yazılar və müxtəlif fiqurlar həkk olunub.
İlkin məlumata görə, xeyli dağılmış vəziyyətdə olan mozaikanın qurulması 500 il əvvələ təsadüf edir.
Qeyd edək ki, bundan əvvəl də bu bölgədəki Gölbaşı qəsəbəsində təxminən 1600 illik yaşa malik olduğu ehtimal olunan daha qədim mozaika tapılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]