DÜNYA


Türkiyədə daxili işlər naziri vəzifəsinə yeni təyinat olub

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Türkiyənin Baş naziri Binəli Yıldırım avqustun 31-də ölkənin daxili işlər naziri Efkan Alanın istefa verdiyini açıqlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, daxili işlər naziri vəzifəsinə əmək və sosial müdafiə naziri, Trabzondan seçilən deputat Süleyman Soylu təyin edildiyi açıqlanıb. B.Yıldırım əmək və sosial müdafiə naziri vəzifəsinə isə Bursadan seçilən deputat Mehmet Müezzinoğlunun təyin edildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.