DÜNYA


Türkiyədə dövlət çevrilişi cəhdini araşdıracaq xüsusi komissiya yaradılıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisi dövlət çevrilişinə cəhdi araşdırmaq üçün xüsusi komissiya yaradıb. Komissiyada hakim partiya ilə yanaşı, Cümhuriyyət Xalq Partiyasının (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri də yer alıblar. Komissiya Konstitusiyaya nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər. On beş nəfərlik tərkibdə yaradılacaq Komissiyanın fəaliyyət müddəti üç ay nəzərdə tutulub.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir Binəli Yıldırım vətəndaşlara müraciətində Türkiyə dövlətinin və iqtisadiyyatının çevriliş cəhdindən sonra daha da gücləndiyini deyib. Xalqın demokratiyaya, milli iradəyə sahib çıxdığını deyən Baş nazir qeyd edib ki, Türkiyə hüquqi dövlət olduğu üçün dövlət çevrilişinə cəhd göstərənlərin cəzası da hüquq müstəvisində veriləcək.

Baş nazir vurğulayıb ki, çevriliş cəhdi ilə bağlı təhlükə hələ bitmədiyi üçün onun aradan qaldırılması vaxt tələb edir. Həyata keçirilən islahatlar ordunun və ölkənin təhlükəsizliyinin daha da güclənməsinə xidmət edir.

Qeyd edək ki, Türkiyədə 9-u general olmaqla, 311 hərbçi axtarışa verilib. Ankarada isə daha 91 əsgər tutulub. Türkiyə Böyük Millət Məclisinə hücum edən hərbçinin də onların arasında olduğu bildirilir. Dövlət çevrilişi cəhdindən sonra 70 minə yaxın vətəndaş işindən uzaqlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.