DÜNYA


Türkiyədə dünyanın dördüncü böyük asma körpüsü istifadəyə verilib

A+ A

Yalova, 30 iyun, AZƏRTAC 

Türkiyənin Yalova bölgəsində böyüklüyünə görə dünyada dördüncü olan Osmanqazi asma körpüsünün istifadəyə verilməsi mərasimi keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım mərasimdə çıxış ediblər.

Bu körpü İstanbul və İzmit bölgələri arasındakı 9 saatlıq yolu 3,5 saata endirən Gebze-Orhanqazi-İzmir yolu üzərində tikilib. Təməli 2013-cü il martın 30-da qoyulan Osmanqazi körpüsü vasitəsilə 90 kilometrlik məsafə 12 kilometr yolla təxminən 4 dəqiqəyə qət olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Yalova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.