DÜNYA


Türkiyədə dünyanın ən əsrarəngiz Əbabil quşu tapılıb

Bakı, 15 may, AZƏRTAC 

Türkiyənin Sivas şəhərində dünyanın ən əsrarəngiz Əbabil quşu tapılıb.

AZƏRTAC CNN Türkə istinadla xəbər verir ki, özünəməxsus xüsusiyyətlərə malik olan Əbabil dünyanın ən nadir quşlarından biridir. Qanadları uzun və qövslüdür. Gecə-gündüz havada qalar və uçarkən yatarlar. Sürü halında səs-küy yaradaraq uçan bu quşlara yerdə çox nadir hallarda rast gəlmək olar. Əbabil quşunun adına Qurani-Kərimdə də rast gəlinir.

Xalq arasında inanılır ki, bu quşu görən həmin il heç bir çətinliklə qarşılaşmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.