DÜNYA


Türkiyədə dünyanın görkəmli şəxsiyyətlərinin mum heykəlləri sərgilənir

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində dünyanın görkəmli şəxsiyyətlərinin bal mumundan hazırlanmış heykəllərinin sərgisi təşkil olunub.

Anadolu agentliyinin məlumatına görə, sözügedən ekspozisiyada siyasət, mədəniyyət və ədəbiyyat adamlarının heykəlləri sərgilənir. Belə ki, sərgidə yer alan Vladimir Putin, Merilin Monro, Ancelina Coli, Bred Pit, Fyodor Dostoyevski, Lev Tolstoy, Albert Eynşteyn və digər şəxsiyyətlərin protez gözlər və xüsusi saçlardan istifadə olunmaqla yaradılan heykəlləri yerli və əcnəbi ziyarətçilərin marağına səbəb olub.

Bir sıra cizgi filmi personajlarının heykəllərinin yer aldığı və ümumilikdə 30-dan çox sənət əsərinin təqdim olunduğu sərgi oktyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.