DÜNYA


Türkiyədə həbs edilən hakim və prokurorların sayı 426-ya çatıb [YENİLƏNİB]

A+ A

Ölkə üzrə həbs edilən hakim və prokurorların sayı hazırda 426-ya çatıb.

11:53

Bakı, 17 iyul, AZƏRTAC 

Türkiyənin Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə xitam verdiyi 2745 hakim və prokuror haqqında çıxarılan həbs qərarlarının icrası davam etdirilir.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, İstanbulda 140, Konyada 44, İzmirdə 14, Mersində 30, Elazığda 24, Antalya vilayətinin Alaniya rayonunda 13 hakim və prokuror həbs olunub. Həmçinin Van vilayətində barələrində həbs qərarı çıxarılan 53 hakim və prokurordan 15-i saxlanılıb.

Hakim və prokurorlarla yanaşı, hərbçilərin də həbsləri davam etdirilir. İndiyədək 34 general həbs olunub. Ümumilikdə üç minədək hərbçi saxlanılıb.

Həbs olunan şəxslər iyulun 15-də hərbi çevriliş cəhdində iştirak etməkdə, Konstitusiyaya qarşı çıxmaqda, dövlət əleyhinə fəaliyyətdə təqsirləndirilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.