DÜNYA


Türkiyədə helikopter qəzasında həlak olan hərbçilər dəfn edilib

İstanbul, 1 iyun, АZƏRTAC

İyunun 1-də Ankarada Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın üçün vida mərasimi təşkil olunub.

Vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, hökumətin digər üzvləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, şəhid general-mayor Aydoğan Aydını mayın 31-də Ankara vaxtı ilə 20.55-də Türkiyənin Şırnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan 13 hərbçi arasında olub. Digər şəhidlər üçün də vida mərasimləri təşkil olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.