DÜNYA


Türkiyədə hərbi çevriliş cəhdi insan tələfatı ilə nəticələnib VİDEO

A+ A

İstanbul, 16 iyul, AZƏRTAC 

Türkiyədə baş verən hərbi çevriliş cəhdi nəticəsində ən azı 20 nəfər həlak olub.

Rəsmi məlumata görə, çevriliş cəhdinə cəlb olunan hərbi helekopterdən açılan atəş nəticəsində 17 xüsusi təyinatlı polis və bir mülki şəxs həlak olub. Bundan başqa, TRT-nin inzibati binasını ələ keçirən əsgərlərdən 4 nəfəri öldürülüb. İstanbulda hərbi çevrilişdə iştirak edən bir zabit və 3 əsgər həbs olunub.

Quru qoşunlar, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən çevrilişə dəstək verilməyib. Qiyamçıların istifadə etdikləri helekopterlərdən biri Türkiyə Silahlı Qüvvələrinin qırıcıları tərəfindən vurulub.

Çevriliş cəhdinin tam aradan qalxmadığını nəzərə alan hakimiyyət əhalidən küçə və meydanları tərk etməməyi xahiş edib.

Ümumilikdə vəziyyət belədir ki, hərbi çevrilişə cəhd edənlər əhali və siyasi partiyalardan heç bir dəstək ala bilməyiblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.