DÜNYA


Türkiyədə hərbi çevrilişə cəhd olunub [YENİLƏNİB] VİDEO

A+ A

Türkiyənin müxalifət partiyasının - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da çevriliş cəhdini qınayaraq bildirib ki, bu ölkə dövlət çevrilişlərindən çox əziyyət çəkib. Eyni problemləri bir daha yaşamaq istəmirik.

Qeyd edək ki, ölkənin bəzi KİV-ləri çevriliş cəhdinin əvvəlcədən və dəqiq işlənib hazırlandığını qeyd ediblər.

X X X

01:35

Anadolu agentliyinin məlumatına görə, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı çevriliş cəhdinin qəbuledilməz olduğunu, Türkiyə Cümhuriyyəti hökumətinin yanında olduqlarını bildirib.

X X X

01:07

Erzurum, Malatya, Trabzon, Rize, Bayburt, Bolu, Sakarya, Adana və Konyadan bir çox vətəndaşlar İstanbul və Ankaradaki çevriliş cəhdinə müqavimət göstərmək məqsədilə küçələrə çıxıblar.

X X X

00:56

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevrilişə cəhd olunması haqqında məlumat verib. Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

“Bəzi şəxslər subardinasiyanı pozaraq, qanunsuz fəaliyyət göstəriblər", - o, yerli televiziyanın efirində deyib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinə qayda-qanunu və sabitliyi qorumaq üçün lazımi əmr verilib.

"Xalqın seçdiyi hökumət hakimiyyətdə qalır. Hökumət o vaxt gedəcək ki, bunu xalq istəsin", - deyə Türkiyənin Baş naziri bildirib.

Türkiyənin Baş naziri, həmçinin bildirib ki, hərbi çevriliş etmək istəyənlər ən layiqli cəzalarını alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.