DÜNYA


Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunanların həbsi davam edir   [YENİLƏNİB]

A+ A

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, çoxlu sayda polis hərbi çevrilişə cəhddə ittiham olunan yüksək rütbəli hərbçiləri nəzarətə götürmək üçün Konya 3-cü Əsas Qırıcı Hərbi Bazasına daxil olub. Əməliyyat zamanı baza komandiri Mustafa Ərtürkün də aralarında olduğu 6 nəfər nəzarətə götürülüb.

18:16

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Başyavəri (hərbi müşavir) Ali Yazıçı üçün də həbs qərarı verilib.

Türkiyə mətbuatında yayılan məlumatlarda Ali Yazıçının iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Marmarisdə deyil, Ankarada olduğu bildirilir. Prezident Sarayının baş katibi Fəxri Kasırğanın qaçırılmasında da Albay Yazıçının əli olduğu iddia edilir.

16:09

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq komandiri Akın Öztürk Ankara Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Akın Öztürk və general-polkovnik Mətin İyidil dövlət çevrilişində cəhddə, vətənə xəyanətdə ittiham olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.