DÜNYA


Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Türkiyənin Giresun vilayətində Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində 15 nəfərin olduğu bildirilir.

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzaya qeyri-sabit hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə xilasetmə qüvvələri və təcili yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, qəza nəticəsində həlak olanlar və yaralananlar var. Zərər çəkənlərin dəqiq sayı açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.