CƏMİYYƏT


Türkiyədə keçirilən konfransda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan bəhs olunub

A+ A

İstanbul, 27 oktyabr, AZƏRTAC 

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə dövlət müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü münasibətilə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda konfrans keçirilib.

Kahramanmaraş Sütçü İmam Universiteti ilə (KSU) Azərbaycan Təhsil və Mədəniyyət Həmrəyliyi Dərnəyinin (ATMHD) birgə təşkilatçılığı əsasında keçirilən konfransda Azərbaycan və Türkiyədən olan ziyalılar, deputatlar, diplomatlar, QHT və KİV nümayəndələri iştirak ediblər.

Konfransda Kahramanmaraş Böyükşəhər bələdiyyəsinin sədri Mehmet Fatih Erkoç, KSU-nun rektoru Durmuş Deveci, Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov, deputat Qənirə Paşayeva, ATMHD-nin sədri Tural Şahbazlı və digərlərinin çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycanın 25 illik müstəqillik yolunda əldə etdiyi uğurlardan, Azərbaycan-Türkiyə strateji əlaqələrinin, o cümlədən xalqlarımızın tarixi qardaşlıq və dostluq münasibətlərinin əhəmiyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını və inkişafını təmin edib. Bu məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin çiçəklənməsinə, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına böyük töhfələr verib. Azərbaycan dövlət müstəqilliyinin bərpası və qorunması tarixi sərvət kimi dəyərləndirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.