DÜNYA


Türkiyədə konstitusiya dəyişikliyi referendumu aprelin 16-da keçiriləcək

Bakı, 11 fevral, AZƏRTAC

Türkiyə konstitusiyasında dəyişiklərlə bağlı referendum aprelin 16-na təyin olunub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar fevralın 11-də Türkiyə Ali Seçki Şurası tərəfindən qəbul edilib.

Prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan dəyişikliklər referendumda qəbul olunacağı təqdirdə, 2019-cu ildə qüvvəyə minəcək. Dəyişikliklər paketinə əsasən, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək.

Yeni qanun Türkiyədə idarəetmə formasının dəyişdirilməsinə və prezident idarəçiliyinin tətbiqinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.