DÜNYA


Türkiyədə qızıl qaragöz xalq rəqsləri müsabiqəsi keçirilir

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Türkiyənin Bursa şəhərində 30-cu Beynəlxalq Bursa qızıl qaragöz xalq rəqsləri müsabiqəsi keçirilir.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, ənənəvi geyim imkanlarının nümayiş olunduğu müsabiqədə rəqqaslar aidiyyəti üzrə öz ölkələrini təmsil edir.

Müsabiqəyə Bosniya və Herseqovina, Bolqarıstan, Əlcəzair, Gürcüstan, Hindistan, Qazaxıstan, Koreya Respublikası, Qırğızıstan, Kolumbiya, Polşa, İordaniya və Yunanıstan kimi ölkələrdən qatılan xalq rəqsləri qrupları yerli rəqs ənənələrini və mədəniyyətlərini tanıdır.

Qeyd edək ki, müsabiqənin yekununda qalib ölkə “Qızıl qaragöz” mükafatına layiq görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.